"Dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsi barədə 2017-ci 10 fevral il tarixli Fərmanına əsasən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü müəyyənləşdirilib və elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb".
E-huquq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin və Dünya Bankının təşkilatçılığı ilə Bakıda keçirilən “Keçmişə və gələcəyə baxış: Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri” mövzusunda forumda çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov deyib.
Nazir bildirib ki, qısa müddətdə bu cihazların ölkədə istehsalı təşkil olunub: "Bir il ərzində 1500 məhkuma elektron qolbaq tətbiq edilib. Bu yeniliklər qısa müddətdə tətbiq edilməsinə baxmayaraq, artıq beynəlxalq marağa səbəb olub".
