Məzmuna keç

Fabrikdə qaz çəni partladı:

Türkiyənin Kayseri şəhərində fabrikdə partlayış baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kayserinin İncesu rayonunda yerləşən fabrikin həyətindəki qaz çəni naməlum səbəbdən partlayıb.

Hadisə nəticəsində 4 fəhlə xəsarət alıb.

Əraziyə dərhal polis, yanğınsöndürənlər və tibb qrupları göndərilib.

Xəsarət alan fəhlələr xəstəxanaya çatdırılıb.

Onların vəziyyətinin yaxşı olduğu bildirilib.

Məsələ ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə