Məzmuna keç

Dubay aeroportu yaxınlığında PUA düşdü –

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Dubay Beynəlxalq Hava Limanı yaxınlığında iki pilotsuz uçuş aparatı (PUA) düşüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dubay hökumətinin Media Ofisi "X" platformasında açıqlama yayıb.

Qəza nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilib.

Onlardan ikisi Qana, biri Banqladeş, digəri isə Hindistan vətəndaşı olub.

Məlumata görə, hava nəqliyyatı normal fəaliyyətinə davam edir.

Şəbnəm Mehdizadə