Məzmuna keç

İran İsrail ərazisinə yeni raket hücumu həyata keçirib

İsrail Müdafiə Ordusu İrandan İsrail ərazisinə doğru növbəti raket atışını qeydə alıb.

E-huquq.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti teleqramda bəyanat yayıb.

"İsrail ordusu İrandan ölkə ərazisinə doğru buraxılmış raketləri aşkar edib", – bəyanatda qeyd olunub.

Qurumdan əlavə ediblib ki, hava hücumundan müdafiə sistemləri raketlərin qarşısının alınması üzərində işləyir.

Bildirilib ki, müvafiq rayonların sakinlərinin telefonlarına xəbərdarlıqlar göndərilib və əhali təhlükəsiz yerlərdə sığınmağa çağırılıb.