Məzmuna keç

Mikroavtobusla minik avtomobili toqquşdu –

Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 11 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki sürücü və mikroavtobusda olan 9 işçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra ətrafdakı xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə