Məzmuna keç

Prezident: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir.

E-huquq.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin "X" sosial şəbəkə hesabında yer alıb.

"Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər", – paylaşımda əlavə olunub.