Məzmuna keç

Deputat: “Təyin olunan hakimlər milli və beynəlxalq səviyyədə məhkəmə fəaliyyəti təcrübəsinə malikdirlər”

"Yeni təyin olunan hakimlər təcrübə baxımından hüquq sahəsində püxtələşmiş insanlardır. Milli və beynəlxalq səviyyədə məhkəmə fəaliyyəti təcrübəsinə malikdirlər".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, təyinatı olan hakimlər barəsində cəmiyyətdə xoşagəlməz yanaşma yoxdur: "İndiyədək fəaliyyətlərini həm milli qanunvericilik, həm Bangalore prinsiplərinin şərtlərini təmin edə biləcək səviyyədə qurmuş nüfuzlu şəxslərdir. Bu baxımdan hesab edirəm ki, təyinatlar uğurludur və həm HSDQ komitəsinin üzvü kimi komitəmizdə, həm də Milli Məclisin plenar iclasında onların namizədliklərinin lehinə səs vermişəm".