"Yeni hakim təyinatları məhkəmə-hüquq sisteminin inkişafına böyük təsir göstərəcək".
Bunu e-huquq.az-a açıqlamasında Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, hakim Əfqan Hacıyev Azərbaycan məhkəmələrində yeni hakim təyinatlarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmin hakimlər hüquq sahəsini yaxşı bilirlər.
"Mən onların hamısını yaxından tanıyıram, müstəqil düşüncəli hakimlərdir. Xüsusilə Çingiz Əsgərov və Ramin Qurbanovun təyinatı Avropa Məhkəməsinə göndərilən şikayətlərin azalmasına səbəb olacaq. Yəni, onlar bizimlə müqayisədə Avropa hüququnu daha yaxşı bilirlər", – deyə Ə. Hacıyev qeyd edib.
