Məzmuna keç

Filippində məktəbə silahlı hücum: 4 nəfər ölüb, 9 nəfər yaralanıb

Filippinin cənubundakı Zamboanqa şəhərində yerləşən məktəbə silahlı hücum olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk dərs başlamazdan az əvvəl törədilən hücum nəticəsində 2 şagird və 2 mühafizəçi həyatını itirib. 9 nəfər isə xəsarət alıb.

Hücumu həyata keçirən şəxsin yuxarı sinif şagirdi olduğu ehtimal edilir.

Hadisənin səbəbini müəyyən etmək və məktəbdəki mümkün təhlükəsizlik boşluqlarını aşkar etmək məqsədilə araşdırma başladılıb.

Humay Eminqızı