Türkiyənin Ankara vilayətində yerləşən mədənlərdən birində baş verən uçqun nəticəsində yaralananların sayı 19-a yüksəlib.
E-huquq.az xəbər verir ki, bu barədə vilayət rəhbərliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində bir nəfər həlak olub. Məlumata görə, hadisəyə mədən sahəsində yerləşən tikililərdən birinin tavanın çökməsi səbəb olub. Tavanın çökməsi mədəndə uçqunun baş verməsi ilə nəticələnib.
"Hadisənin səbəbini müəyyən etmək üçün lazımi araşdırmalar həyata keçirilir", – məlumatda qeyd olunub.
***
21.02
Ankaranın Nallıhan rayonunda mədən ocağında uçqun baş verib.
E-huquq.az xəbər verir ki, hadisə nəticəsində 1 işçi həyatını itirib, çoxlu sayda işçi yaralanıb.
Hadisə yerinə xilasedici qruplar cəlb olunub.
