ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi güc tətbiq etmək imkanlarının məhdud olması barədə fikirləri rədd edib.
E-huquq.az xəbər verir ki, Donald Tramp bunu jurnalistlərlə söhbəti zamanı bildirib.
Amerika liderindən İrana qarşı iqtisadi təzyiq kampaniyasının ABŞ-ın regionda hərbi əməliyyatlarla bağlı seçimlərinin məhdud olduğu anlamına gəlib-gəlmədiyi soruşulub.
“Qətiyyən yox. Bu, yalnız o deməkdir ki, biz baş verənləri izləyəcəyik”, – Tramp cavabında deyib.
