Məzmuna keç

Müctəba Xameneinin müraciəti yayıldı

ABŞ və İsrailin hərbi hücumları, tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, İran sosial rifahı diqqətdə saxlayır və bununla bağlı islahatlar həyata keçirir.

E-huquq.az xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xameneinin Hökumət Həftəsi münasibətilə yaydığı müraciətdə qeyd olunub.

"Qətiyyətlə elan edirəm; sosial həmrəyliyin zərərinə olan hər hansı bir əməli törətmək qadağandır", – Xameneinin rəsmi saytında dərc olunan müraciətdə vurğulanıb.

Ali rəhbərin müraciətindən sonra İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında bildirib ki, bütün tapşırıqlar yerinə yetiriləcək və İslam Respublikası inkişaf edəcək.