Məzmuna keç

İzmirdə 31 qanunsuz miqrant saxlanıldı

Türlkiyənin İzmir şəhərində 31 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirin Səfərihisar rayonunda hərəkətdə olan rezin bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edilib.

Əraziyə göndərilən Sahil Mühafizəsi qrupları hərəkətdə olan rezin qayığı saxlayıb və içərisində iki uşaq olmaqla, ümumilikdə 31 nəfər qeyri-qanuni miqrantı tutub.

Zəruri prosedurlar həyata keçirildikdən sonra qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə