Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, iclasda Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair Balakən Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 29-na təyin edilmiş iclasında baxılacaq.
