Məzmuna keç

Belarusda prezident seçkilərinin rəsmi nəticələri elan edildi

Belarus Mərkəzi Seçki Komissiyası 9 avqust prezident seçkilərindəki səsvermənin rəsmi nəticələrini açıqlayıb.

E-huquq.az xəbər verir ki, həmin məlumata görə hazırkı dövlət başçı Aleksandr Lukaşenko seçici səslərinin 80,1 faizini toplayaraq yenidən prezident seçilib.

Prezidentliyə namizəd Svetlana Tixanovskaya isə səslərin 10,12 faizini toplayıb.