Bu il qəbul imtahanlarının ikinci mərhələsində iştirak edən ötənilki abituriyentləri keçən il verdikləri buraxılış imtahanlarının nəticələrini nəzərə almaqla ixtisas seçimi müsabiqəsinə buraxa bilərik.
E-huquq.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ötənilki buraxılış imtahanlarının nəticələri bu il də qüvvədə qalıb: “Buna görə də abituriyentlər həmin imtahanın balı da nəzərə alınmaqla, builki müsabiqədə iştirak edə bilərlər”.
