Məzmuna keç

Bu gündən Bakı metrosu açılır

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bu gün saat 06:00-dan Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir.

E-huquq.az xəbər verir ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimainəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-isaat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dəkmetropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır.

“İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodikigöstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiqtədbirlər görülüb.

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarınayol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur.