Lənkərana yeni hərbi prokuror təyin edilib.
E-huquq.az-ın xəbərinə görə, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.
Baş prokurorun əmri ilə ədliyyə polkovniki Əhmədov İmran Ələsgər oğlu Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub. Respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev e-huquq.az-a faktı təsdiq edib.
