Məzmuna keç

Polis əməkdaşı 7-ci dəfə Avropa çempionu olub – FOTO

Polis əməkdaşı 7-ci dəfə Avropa çempionu olub - FOTO

Rusiyanın Soçi şəhərində iyun ayında Pauerliftinq üzrə Avropa çempionatı keçirilib.

DİN-dən e-huquq.az-a verilən məlumata görə, təcrübəli idmançılarla təmsil olunan milli komandamız bu yarışda yüksək nəticələr əldə edib.

Milli komandanın tərkibində çıxış edən İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı Kamil Qafarov çəkisi 90 kiloqramadək olan idmançılar arasında bench press (ştanqı sinədən qaldırma) hərəkətində 215 kiloqram çəkinin öhdəsindən gələrək çempion adını qazanıb. Təchizatla isə 257 kiloqramla 2-ci yerdə qərarlaşıb.

Eyni zamanda, idmançımıza Rusiya Federasiyasının idman sahəsində yüksək mükafatı təqdim olunub.

Qeyd edək ki, K. Qafarov 6 qat dünya və 7 qat Avropa çempionu, eləcə də bir sıra beynəlxalq turnirlərin qalibidir.