Məzmuna keç

Rusiyanın Baş prokuroru: “Dağlıq Qarabağ münaqişəsi BMT qətnamələri çərçivəsində həll olunmalıdır”

“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll olunmalıdır”.

E-huquq.az-ın məlumatına görə, bunu Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov bildirib.

“Qətiyyətlə əminəm ki, Dağlıq Qarabağ münaqişəsi istisnasız olaraq beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll olunmalıdır”, – deyə Rusiyanın Baş prokuroru vurğulayıb.

Mənbə: APA