Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 7200 ədəd müxtəlif markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Opel Vectra", "Opel Astra" , "QAZ-3102" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.
Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2000 ədəd "Senator", 3400 ədəd "King", 1800 ədəd "Marlboro" markalı siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
