Məzmuna keç

Azərbaycanda tanınmış vəkil dünyasını dəyişib

Vəkillər Kollegiaysının üzvü vəfat edib.

Tanınmış vəkil, Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri "Mərkəz" vəkil bürosunun müdiri Sərdar Qədir oğlu Qasımov bu gün vəfat edib.

E-huquq.az-ın xəbərinə görə, 1996-cı ildən vəkillik fəaliyyəti ilə məşğul olan Sərdar Qasımov əmək fəaliyyətinə 1973-cü ildə Ağdam rayonunda 43 nömrəli Tikinti İdarəsində fəhlə kimi başlamış, daha sonra həmin rayonda müxtəlif təsərrüfat müəssisələrində hüquqşünas olaraq işləyib.

Allah rəhmət eləsin!