Məzmuna keç

Türkiyədə daha bir bələdiyyə sədri həbs edilib

Türkiyənin Adana vilayətinin Çukurova rayonunda bələdiyyədə yol verilən qanun pozuntuları ilə bağlı aparılan istintaq çərçivəsində 34 nəfər həbs edilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Adana Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində bələdiyyənin hazırkı sədri Emrah Kozay, keçmiş sədri Soner Çetin və 4 bələdiyyə sədr müavininin də olduğu 49 şübhəli hakim qarşısına çıxarılıb.

Məhkəmənin qərarı ilə hazırkı və keçmiş bələdiyyə sədrləri, eləcə də 3 sədr müavini daxil olmaqla, ümumilikdə 34 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Digər şübhəlilər, o cümlədən bir bələdiyyə sədr müavini şərti azadlığa buraxılıb.

Barələrində həbs qərarı çıxarılan daha 2 şübhəlinin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə