Türkiyənin İstanbul şəhərində hava çirkliliyi 3 faiz artıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Texniki Universitetinin (İTU) apardığı tədqiat zamanı İstanbulda hava çirkliliyinin bu ilin sentyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 3 faiz artdığı məlum olub.
İstanbul Texniki Universitetinin (İTU) araşdırmasına əsasən, şəhərdəki 24 hava keyfiyyətinə nəzarət stansiyasında qeydə alınan PM10 hissəciklərinin orta konsentrasiyası hər kubmetr üçün 29,33 mikroqram təşkil edib. 2025-ci ilin sentyabrında bu göstərici 28,38 mikroqram olub.
Qeyd edək ki, ən yüksək çirklənmə səviyyəsi Sultangazi rayonunda qeydə alınıb.
Şəbnəm Mehdizadə
