Şimali Koreyanın 2024-cü ildən bəri Koreyalararası sərhəd boyunca təxminən 960 min quru minası yerləşdirdiyi iddia edilir.
E-huquq.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, rəsmi Pxenyan sərhəd istehkamlarını gücləndirir, tikanlı məftillər çəkir və Hərbi Demarkasiya Xətti boyunca tank əleyhinə maneələr quraşdırır.
Hərbi ekspertlərin qiymətləndirməsinə görə, iki ölkə arasındakı Silahsızlaşdırılmış Zonada, Cənubi Koreyanın yerləşdirdiyi minalar da daxil olmaqla, 2 milyondan çox mina ola bilər.
Şəbnəm Mehdizadə
