Meksikanın Los-Kabos bölgəsində əyləncə attraksionundan yerə düşən 18 yaşlı universitet tələbəsi həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ənənəvi festival zamanı baş verib.
Gabriela Rodriguez Tezoco adlı gənc qız sürətlə fırlanan “Sarkaç” adlı attraksiona minərkən təhlükəsizlik kilidinin qəfil açılması nəticəsində bir neçə metr hündürlükdən yerə düşüb.
Hadisə ərazidə olan şəxslərin mobil telefonları ilə lentə alınıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Hadisədə səhlənkarlığı olan şəxslərin müəyyənləşdirilməsi məqsədilə istintaq aparılır.
Şəbnəm Mehdizadə
