Məzmuna keç

İngiltərədə anbardan tapılan heykəl 333 dəfə baha qiymətə hərraca çıxarılıb

İngiltərənin Uiltşir qraflığında tikinti materialları anbarından 300 funt sterlinqə alınan mərmər heykəlin təxminən 290 il yaşı olduğu müəyyən edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində əsərin XVIII əsrdə yaşamış məşhur italyan heykəltəraşı Pietro Braççi tərəfindən hazırlandığı ehtimal olunur.

Papa XII Klementi təsvir edən 66 santimetr hündürlüyündəki heykəlin günümüzə gəlib çatmayan bürünc əsər üçün model kimi hazırlandığı düşünülür.

Trevi fəvvarəsinin mərkəzi fiquru olan Okean heykəlinin müəllifi kimi tanınan Braççinin bu əsəri İngiltərənin Solsberi şəhərində hərraca çıxarılacaq.

Ekspertlər heykəlin dəyərini 100 min funt sterlinqədək qiymətləndirirlər. Bu, onun ilkin alış qiymətindən təxminən 333 dəfə çoxdur.

Şəbnəm Mehdizadə