Tanınmış rəssam Vinsent Van Qoqun məşhur “Ulduzlu gecə” tablosunda təsvir etdiyi səmanın 1889-cu il iyulun 22-də sübh vaxtı müşahidə edilən real mənzərə ilə uyğun gəldiyi müəyyən olunub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın Kyung Hee Universitetindən tədqiqatçıların apardığı araşdırmada rəsm əsərindəki ulduzlar, Ay və Veneranın mövqeləri təhlil edilib.
Nəticələr göstərib ki, tablonun mərkəzindəki ulduz qrupu əvvəllər düşünüldüyü kimi Qoç bürcünə deyil, Buğa bürcündəki Hiyadlar ulduz topasına uyğundur.
Kompüter modelləşdirməsi və Fransada aparılan müşahidələr də 1889-cu il iyulun 22-də günəş doğmazdan əvvəlki səma mənzərəsinin rəsmlə uyğunluğunu təsdiqləyib.
Tədqiqatçılar hesab edirlər ki, Van Qoq əsər üzərində iyun ayında işləməyə başlasa da, iyulda da müşahidələrini davam etdirib və müxtəlif səma mənzərələrini bir tabloda birləşdirib.Alimlərin fikrincə, bu üsul digər tarixi rəsm əsərlərindəki astronomik təsvirlərin araşdırılmasına da kömək edə bilər.
Şəbnəm Mehdizadə
