Türkiyənin Kırıkkale vilayətində işçiləri daşıyan mikroavtobusun aşması nəticəsində 15 nəfər yaralanıb.
E-huquq.az Türkiyə mətbuatna istinadən xəbər verir ki, mikroavtobus yağış səbəbindən idarəetmədən çıxaraq yolda aşıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis, jandarma və yanğınsöndürmə briqadaları cəlb edilib.
Qəza nəticəsində xəsarət alan 15 nəfər təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
