Dövlət Sərhəd Xidmətinin (DSX) tibbi avadanlıqların əsaslı təmiri ilə bağlı keçirdiyi tender yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, tenderin qalibi “JBA Group” MMC seçilib.
Müqaviləyə əsasən, qalib şirkətə 405.476,32 AZN ödənilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “JBA Group” səhiyyə sahəsində bütün növ cihaz və ləvazimat təchizatı dəstəyi göstərməklə yanaşı, tibb və səhiyyə qurumlarının planlanması, layihələşdirilməsi və o cümlədən icrasını həyata keçirir.
Şəbnəm Mehdizadə
