“Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclası təcrübələrimizi bölüşmək, digər nümayəndə heyətlərindən öyrənmək, eləcə də mühüm sahələrdə beynəlxalq əlaqələri və əməkdaşlığı gücləndirmək üçün əla fürsətdir”.
E-huquq.az xəbər verir ki, bunu Liviyanın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə və Aktivlərin Geri Qaytarılması üzrə Təqib İdarəsinin direktoru, həmçinin sədrin xarici əlaqələr və beynəlxalq əməkdaşlıq məsələləri üzrə müşaviri Ibrahim Abdelkarim Ali deyib.
O, Liviyanın korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulmasının qarşısının alınması və aktivlərin geri qaytarılması sahələrində təcrübəyə malik olduğunu bildirib,
Müşavir Bakıda keçirilən konfransın yüksək səviyyədə təşkil olunduğunu söyləyib: “Azərbaycanda müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirmək üçün çox peşəkar iş görüblər. Bu tədbirdə iştirak etməkdən çox məmnunuq və digər ölkələrin nümayəndələri ilə təcrübə və bilik mübadiləsi aparmaq imkanından böyük zövq aldıq. Bakıda olmaq bizim üçün böyük şərəfdir. Bizə göstərilən səmimi qonaqpərvərliyə və isti münasibətə görə sizə ürəkdən təşəkkür edirik”.
Şəbnəm Mehdizadə
