Məzmuna keç

2026-cı ilin ilk yarısında dünyada rekord sayda kiberinsident qeydə alınıb

İtaliyanın informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış “Clusit” təşkilatının məlumatına görə, 2026-cı ilin ilk altı ayında dünya üzrə 4 911 ciddi kiberinsident qeydə alınıb.  Bu, təşkilatın yarımillik hesabatlarında indiyədək qeydə alınan ən yüksək göstəricidir.

E-huquq.az xəbər verir ki, “ANSA” agentliyinin məlumatına görə, “Clusit” 2026-cı ildə baş verən kiberinsidentlərlə bağlı hesabatını açıqlayıb.

Hesabatda bildirilir ki, bu ilin ilk yarısında qeydə alınan ciddi kiberinsidentlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 71 faiz artıb.

“Clusit” hesabatında İtaliyanın kibertəhlükəsizlik vəziyyəti ilə bağlı məlumatlar da yer alıb.

Ölkədə qeydə alınan kiberinsidentlərin sayı 2025-ci ilin ilk yarısındakı 280 hadisədən 245-ə düşüb. Bununla belə, yüksək əhəmiyyət dərəcəsinə malik insidentlərin sayında təxminən 20 faiz artım müşahidə olunub.

Hesabatda xüsusilə müəssisələrə qarşı yönələn kibercinayətlərin artdığı vurğulanıb. İtaliyada bu cür hücumlar zamanı ən çox istifadə edilən üsullardan birinin zərərli proqram təminatı olduğu bildirilib.

Şəbnəm Mehdizadə