Məzmuna keç

İran: Hörmüz boğazında ABŞ istehsalı olan MQ-1 tipli PUA vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu iddia edib.

E-huquq.az xəbər verir ki, Korpusun yaydığı açıqlamada bildirilib ki, İranın hava hücumundan müdafiə sistemi Hörmüz boğazında, Sırik şəhəri sahilləri yaxınlığında MQ-1 tipli PUA-nı aşkarlayaraq vurub.

ABŞ ordusu hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, ABŞ-də 1990-cı illərdə istehsalına başlanılan MQ-1 tipli pilotsuz uçuş aparatları ilkin olaraq müşahidə və kəşfiyyat məqsədləri üçün nəzərdə tutulub. Sonradan bu aparatlara yeni kameralar və raketlər əlavə edilərək onların imkanları genişləndirilib.

Şəbnəm Mehdizadə