Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Bu barədə e-huquq.az-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 308.1-ci maddəsi və 75-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 25-nə təyin edilmiş iclasında baxılacaq.
