Meksikanın Hidalqo ştatında kiçik təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində 2 nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, Meksika Federal Mülki Aviasiya Agentliyinin (AFAC) yaydığı məlumata görə, “Cessna 210” tipli təyyarə Hidalqo ştatının Paçuka şəhərindəki hava limanından Morelos ştatında yerləşən Kuernavaka Beynəlxalq Hava Limanına istiqamət alaraq havaya qalxıb.
Lakin təyyarə Paçuka şəhərinin Venta Prieta məhəlləsində yaşayış ərazisinə düşüb.
Hadisə nəticəsində təyyarədə olan 2 nəfər həyatını itirib.
Qəzadan sonra hadisə yerinə Mülki Müdafiə, yanğınsöndürmə və təhlükəsizlik qüvvələri cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.
AFAC-ın məlumatına əsasən, Paçuka Hava Limanının rəhbər heyəti araşdırma aparmaq üçün hadisə yerinə göndərilib. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə inzibati təhqiqat başlanılıb.
Şəbnəm Mehdizadə
