Türkiyədə sərnişin avtobusunun dərəyə aşması nəticəsində 45 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza gecə saat 02:00 radələrində Hüyük rayonu yaxınlığında baş verib. Antalya-İğdır marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Beyşehir şəhərinə təxminən 20 kilometr qalmış sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı təcili tibbi yardım briqadaları göndərilib.
Qəza nəticəsində xəsarət alan 45 nəfər təcili tibbi yardım avtomobilləri ilə Beyşehir Dövlət Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, yaralılardan təxminən 40-nın vəziyyəti yüngül qiymətləndirilir. Onlardan 5-i Konyadakı xəstəxanalara, 3-ü isə Seydişehir rayonuna göndərilib.
Qəza ilə bağlı araşdırma davam edir.
Şəbnəm Mehdizadə
