Məzmuna keç

Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk uşaq ölümü qeydə alınıb

ABŞ-ın Nyu-York ştatında son 30 il sonra qızılca xəstəliyi səbəbindən ilk uşaq ölümü baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York ştatının qubernatoru Keti Hokul açıqlamasında Lyuis dairəsində bir uşağın qızılcaya yoluxduqdan sonra həyatını itirdiyini bildirib.

Qubernator uşağın vəfatından dərin kədər hissi keçirdiyini qeyd edərək, bunun Nyu-Yorkda son 30 il ərzində qızılca səbəbindən qeydə alınan ilk ölüm ahadisəsi olduğunu vurğulayıb.

Keti Hokul baş verən ölüm hadisəsinin getdikcə daha çox ailənin uşaqlarını peyvənd etdirməkdən imtina etməsi ilə əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə, bu vəziyyət ictimai sağlamlığın qorunması mexanizmlərinin zəiflədiyinin göstəricisidir.

Qubernator bu hadisənin ABŞ administrasiyasının amerikalıları qarşısı alına bilən xəstəliklərdən qorumaq sahəsində onilliklər ərzində əldə edilmiş irəliləyişi məqsədli şəkildə zəiflətməsinin ağır nəticələrini nümayiş etdirdiyini iddia edib.

Yerli səhiyyə qurumlarının məlumatına görə, cari ilin əvvəlindən indiyədək Lyuis dairəsində 15 qızılca yoluxması qeydə alınıb.

Şəbnəm Mehdizadə