Türkiyənin Manisa vilayətinin Köprübaşı rayonunda xəstə daşıyan təcili tibbi yardım avtomobili ilə traktorun toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
E-hjuquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, yanğınsöndürmə və jandarma əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanaya çatdırılıblar. Onların səhhətinin yaxşı olduğu bildirilir.
Şəbnəm Mehdizadə
