Məzmuna keç

“Aqrar Tədarük və Təchizat”ın yarım milyonluq tenderinin qalibi müəyyənləşdi

Aqrar Tədarük və Təchizat ASC-nin daşınmaz əmlakın (qeyri – yaşayış sahəsinin) icarə xidmətinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi “AZ MDF LTD” MMC olub.

Qalib şirkətə 596.079,36 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə