Məzmuna keç

Türkiyə əhalisinin sayı 86,5 milyonu ötüb

Türkiyə əhalisinin sayı 86 milyon 502 min 286 nəfərə çatıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun (TÜİK) məlumat yayıb.

Məlumata görə, əhalinin 50,02 faizini kişilər, 49,98 faizini isə qadınlar təşkil edir.

Ölkə əhalisi ilin ilk doqquz ayında 410 min 118 nəfər artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 521 min 632 nəfər və ya 0,61 faiz təşkil edib. Əhalinin ən böyük yaş qrupunu 6 milyon 668 min 482 nəfərlə 25–29 yaşlı şəxslər təşkil edir.

Statistikaya görə, 0-14 yaş qrupunda olanların sayı bir il ərzində 364 min 985 nəfər azalaraq 17 milyon 247 min 925 nəfərə düşüb. Əksinə, 65 yaş və yuxarı əhalinin sayı 350 min 765 nəfər artaraq 9 milyon 831 min 160 nəfərə çatıb. Bu göstərici ümumi əhalinin 11,4 faizini təşkil edir.

Yaşlı əhali arasında qadınların sayı kişilərdən təxminən 1 milyon nəfər çoxdur.

Şəbnəm Mehdizadə