Türkiyənin Afyonkarahisar vilayətinin Dinar rayonunda 4,1 maqnitudalı zəlzələ qeydə alınıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat verib.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 03:23-də baş verib.
Zəlzələnin ocağı 7,02 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə
