Türkiyənin Manisa vilayətinin Kırkağaç rayonunda avtomobilin dərəyə aşması nəticəsində ikisi uşaq olmaqla 5 nəfər xəsarət alıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, əraziyə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub.
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə ətrafdakı xəstəxanalara çatdırılıblar.
Məlumata görə, avtomobildə olan şəxslər arasında məktək direktoru və onun müavini də olub.
Şəbnəm Mehdizadə
