ABŞ-nin Florida ştatında helikopterin dənizə düşməsi nəticəsində bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.
Məlumata görə, dünən Mayami yaxınlığındakı Key Biskeyn sahillərində baş verib.
Qəza zamanı helikopterdə olan üç nəfərdən biri həyatını itirib, digər iki nəfər isə xəsarət alıb.
Yaralıların xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin ağır, lakin stabil olduğu bildirilib.
İlkin araşdırmalara əsasən, gəmiləri lentə almaq məqsədilə havaya qalxan “Robinson R44” markalı helikopter uçuşdan təxminən yeddi dəqiqə sonra Biskeyn körfəzinə düşüb.
Qəzanın səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
