Türkiyənin Aksaray vilayətində turist mikroavtobusunun aşması nəticəsində 14 nəfər xəsarət alıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Aksaray-Nevşehir avtomobil yolunun Alayhan ərazisi yaxınlığında baş verib. Turist mikroavtobusu idarəetmədən çıxaraq yol kənarındakı xəndəyə aşıb.
Qəza barədə məlumat daxil olduqdan sonra hadisə yerinə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunublar.
Qəza nəticəsində mikroavtobusda olan 14 nəfər xəsarət alıb. Yaralılar şəhərdəki xəstəxanalara çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilir.
Şəbnəm Mehdizadə
