Məzmuna keç

Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti aşkarlanıb.

E-huquq.az-ın məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində baş verib.

Araşdırma zamanı cansız bədənin 1986-cı il təvəllüdlü İlqar Muradova məxsus olduğu bilinib. Kişinin nəşi evində tapılıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Oxu.az