Türkiyənin Rize vilayətinin Çayeli rayonunda ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, qəza Rizenin Çayeli rayonunda qeydə alınıb.
Belə ki, yük maşınının idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində üç nəfər həyatını itirib.
Əraziyə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub.
Hadisənin səbəbi araşdırılır.
Şəbnəm Mehdizadə
