Türkiyənin 14 vilayətdə FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyat nəticəsində 29 şübhəli saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Araşdırmalar zamanı FETÖ-nün hazırkı qadın təhsil şəbəkəsində fəaliyyət göstərdikləri müəyyən edilən 32 şübhəlinin saxlanılması və cinayət tərkibli sübutların aşkarlanması məqsədilə tədbirlərə başlanılıb.
Bu çərçivədə İzmir, Manisa, Qaziantep, Şanlıurfa, Kocaeli, Afyonkarahisar, Bursa, Dənizli, İsparta, Konya, Ankara, Yozqat, Antalya və Aydın vilayətlərində eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 29 şübhəli saxlanılıb. Digər 3 şəxsin isə ölkə xaricində olduğu müəyyən edilib.
Şübhəlilərin yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı çoxsaylı rəqəmsal daşıyıcılar müsadirə olunub.
Şəbnəm Mehdizadə
