Türkiyənin Tokat vilayətinin Reşadiye rayonunda təcili tibbi yardım maşını ilə mikroavtobusun toqquşması nəticəsində 20 nəfər xəsarət alıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, qəza D-100 magistral yolunun işıqforla tənzimlənən kəsişməsində baş verib. Xəsarət alanlardan 3-ü tibb işçisi, 16-sı mikroavtobusun sərnişini, biri isə sürücüdür.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
