Hörmüz boğazında iki böyük neft tankeri dəniz minasına çırpılıb.
E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bu barədə məsələ ilə bağlı məlumat yayıb.
Bildirilib ki, tankerlər ABŞ hərbi təyyarələrinin müşayiəti ilə boğazdan keçməyə çalışıb. Onlar İranın müəyyən etdiyi marşrutdan kənara çıxdıqları üçün minaya düşüblər. Məlumata görə, həmin gəmilər ümumilikdə 4 milyon bareldən çox xam neft daşıyırdı. Hadisə nəticəsində gəmilərdə partlayış və yanğın baş verib.
Qeyd edilib ki, ABŞ hərbçiləri ilə birlikdə hərəkət edən və rəsmi marşrutdan kənara çıxan istənilən gəmiyə qarşı tədbir görüləcək.
Şəbnəm Mehdizadə
