Məzmuna keç

Güclü yağış torpaq sürüşməsinə səbəb oldu

Türkiyənin Hatay vilayətinin Dörtyol rayonunda gecə saatlarında yağan güclü yağışlar daşqınlara səbəb olub.

E-huquq.az yerli mediaya istinadən xəbər verir ki, yağıntılar nəticəsində rayondakı Deliçay və Özerli çayları məcrasından çıxıb.

Daşqın səbəbindən Kuzuculu və Ocaklı məhəllələrində bir sıra küçə və yollar su altında qalıb. Karakese məhəlləsində isə evləri su basıb, körpü məhəccərləri qopub. Çay kənarı boyunca bəzi ərazilərdə torpaq sürüşmələri baş verib.

Hazırda bələdiyyə əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlərə başlayıb.

Şəbnəm Mehdizadə